Azərbaycanın dövlət büdcəsi regionlarda qaz və elektrik sayğaclarının kifayət qədər tətbiq edilməməsinə görə hər il təqribən 200-240 milyon manat itirir. Fins.az-ın “Trend”ə istinadən məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Ziyad Səmədzadə parlamentin plenar iclasında deyib. Onun sözlərinə görə, hər il ölkədə təqribən 200 min elektrik və qaz sayğacı quraşdırmaq lazımdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır