BÜDCƏ

Milli Məclis növbədənkənar toplaşacaq
31 MAY
217

Milli Məclis növbədənkənar toplaşacaq

2016-05-31 10:55:00

Azərbaycan Milli Məclisinin yaz sessiyasından sonra növbədənkənar xüsusi sessiyası çağırılıb. 

Parlamentdən verilən məlumata görə, bununla bağlı deputatların müraciəti əsasında qərar qəbul edilib. Növbədənkənar sessiya çərçivəsində bir sıra komitə iclasları ilə yanaşı, iki plenar iclas keçiriləcək. Plenar iclasların tarixi və gündəlikləri iyun ayında müəyyənləşəcək. Sessiyanın iyunda keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu gün Milli Məclisin 2016-cı il yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272