BÜDCƏ

Xaricdən alınan borclar hara xərclənib?
28 MAY
737

Xaricdən alınan borclar hara xərclənib?

2016-05-28 12:36:00

Azərbaycanın xarici dövlət borcunun əsas hissəsi infrastruktur layihələri, ən az hissəsi isə sənaye və digər layihələrin icrasına yönəldilib. Fins.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2015-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəydə qeyd olunub.

Xarici dövlət borcunun strukturu üzrə bölgüsündə infastruktur yönümlü layihələr 61,7%, xaricdə qiymətli kağızların yerləşdirilməsi - 18,8%, kənd təsərrüfatı və meliorasiya - 3,4%, iqtisadiyyat və maliyyə - 3,3%, sosial mədəni layihələr - 2,0%, sənaye - 0,8% və digər layihələrin dəstəklənməsi - 10,0% təşkil edib.

Cari ilin əvvəlinə beynəlxalq və digər maliyyə kredit təşkilatları ilə imzalanmış kredit sazişlərinin ümumi məbləği 10,3 mlrd. ABŞ dolları təşkil edib. Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği 6,9 mlrd. dollar olub.

Mənbə: "Report"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275