BÜDCƏ

Dövlət qızıl şirkətinə rəhbər təyinatı – SƏRƏNCAM
26 MAY
689

Dövlət qızıl şirkətinə rəhbər təyinatı – SƏRƏNCAM

2016-05-26 18:40:00

Prezident İlham Əliyev «AzerGold» Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalanıb. Fins.az-ın məlumatına görə, fərmana əsasən, Zakir Zaur oğlu İbrahimov “AzerGold” QSC-nin İdarə Heyətinin sədri təyin edilib.

Qed edək ki, “AzerGold” QSC prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci ilin fevralın 11-də yaradılıb. Cəmiyyət əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Eləcə də bax: Prezidentdən filiz yataqların kəşfiyyatı ilə bağlı - SƏRƏNCAM

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275