BÜDCƏ

Vergidən ən çox yayınanlar - AÇIQLANDI
26 MAY
383

Vergidən ən çox yayınanlar - AÇIQLANDI

2016-05-26 14:10:00

"Azərbaycanda bu günə vergidən yayınmaya görə ticarət sahəsində fəaliyyət göstərən 91 şirkət barəsində cinayət işi açılıb və ibtidai istintaq gedir". Fins.az “Report”-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib: “Digər sahələrdə isə bu daha çoxdur - təxminən bir neçə yüzdür".

S.Ələkbərovun sözlərinə görə, Vergilər Nazirliyi vergi bazasını genişləndirmək üçün fəaliyyətini davam etdirir: “Mühüm məsələlərdən biri vergi bazasının genişləndirilməsi ilə bağlıdır. Yeni mənbələrin tapılması və vergiyə cəlb edilməsi məqsədi ilə işlər aparılır. Burada kifayət qədər böyük potensial görürük. Ən çox vergidən yayınma nağd ödənişlərin çox olduğu ticarət və tikinti kimi sahələrdə qeydə alınır. Həmçinin, elektron ticarətin də vergiyə cəlb edilməsi ilə bağlı iş gedir. Azərbaycanda elektron xidmətlər göstərən transmilli şirkətlər var və elektron birjalar fəaliyyət göstərir ki, onlarda da çox böyük məbləğlər var və bu, bizim üçün yenidir".

Ölkədən kənara çıxmaq istəyən vergi borcu olan şəxslərin hava limanında borcunu ödəyib ölkəni tərk etməsinin qeyri-real olduğunu deyən nazir müavini bunu qanunvericiliklə əlaqələndirib: “Bu, məhkəmənin qərarıdır və bu qərarı da yalnız məhkəmə ləğv edə bilər. Qanunda göstərilib ki, əgər ödəniş varsa, maksimum iki gün müddətində məhkəməyə müraciət etməliyik və məhkəmə qərar verməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275