BÜDCƏ

Azərbaycanda maliyyə ombudsmanının yaradılması təklif olunub
24 MAY
209

Azərbaycanda maliyyə ombudsmanının yaradılması təklif olunub

2016-05-24 14:04:00

Azərbaycanda maliyyə sektoruna inamın artması və bank xidmətlərinin geniş yayılması üçün ölkədə maliyyə sabitliyi yaradılmalı, müştərilərin hüquqları qorunmalı və maliyyə xidmətlərinin keyfiyyəti artırılmalıdır. Fins.az-ın məlumatına görə, bu barədə Dünya Bankının bu gün təqdim etdiyi “Azərbaycanda Maliyyə Potensialının və İnkluzivliyinin Gücləndirilməsi Hesabatı”nda bildirilir: «Maliyyə xidmətlərinin daha da əlyetərliyi üçün bu xidmətlərin, xüsusilə baza maliyyə məhsullarının məsrəfləri bankların effektivliyinin artırılması, maliyyə sektorunda şəffaflığın və rəqabətin gücləndirilməsi ilə azaldılmalıdır»-deyə Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri xanım Larisa Leşçenko bildirib. Hesabatda bildirilir ki, Azərbaycanda maliyyə istehlakçılarının müdafiəsinin gücləndirilməsi və maliyyə potensialının artırılması istiqamətində bir sıra mühüm addımlar atılıb: «Buraya maliyyə savadlılığı ilə bağlı internet səhifəsinin yaradılması, milli maliyyə savadlılığı strategiyasının hazırlanması, məsuliyyətli kreditləşdirmə və şikayətlərin həllinə dair banklar üçün tövsiyələrin hazırlanması aiddir».

Bundan başqa, maliyyə savadlılığı məktəb tədris proqramının tərkib hissəsinə çevriləcək. «Milli maliyyə savadlılığı strategiyası dövlət və özəl maraqlı tərəflərin geniş kütləsi tərəfindən dəstəklənməsi və icra olunması üçün ətraflı fəaliyyət planı ilə müşayiət olunmalıdır» – Maliyyə Sektoru üzrə Baş Mütəxəssis və hesabatın aparıcı müəllifi cənab Ziqfrid Zottel belə deyib. “Bu strategiyanın icrası ev təsərrüfatları və şirkətlərin maliyyə potensialının gücləndirilməsi baxımından ictimaiyyətlə əlaqələr üzrə müxtəlif kanallardan istifadəni tələb edəcək. Şikayətlərin baxılması üçün maliyyə ombudsmanının yaradılmasının da nəzərə alınması vacibdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274