BÜDCƏ

"Büdcənin dəyişməsinə ehtiyac yoxdur" - MALİYYƏ NAZİRİ
20 MAY
340

"Büdcənin dəyişməsinə ehtiyac yoxdur" - MALİYYƏ NAZİRİ

2016-05-20 16:21:00

Maliyyə naziri Samir Şərifov bir sıra nazirliklərin regional idarələrinin formalaşdırılması ilə bağlı məsələyə münasibət bildirib.

Fins.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərin sualını cavablandıran S. Şərifov qeyd edib ki, nazirliyin əsasnaməsində prinsip etibarilə regional idarələrin yaradılması öz əksini tapır: “Amma hələ ki, biz buna əl atmamşıq. Müəyyən institusional təkmilləşmə işləri Maliyyə Nazirliyində aparılır. Əvvəllər bizim hər rayon maliyyə idarəsi nəzdində Maliyyə-təftiş şöbəsi fəaliyyət göstərirdi. Onlar yerlərdə təftişlərlə məşğul olurdu. Sonra da biz o təftişləri maliyyəı idarəsindən kənarlaşdırdıq və regional maliyyə təftiş idarələri yaratdıq. Hesab edirəm ki, bu daha səmərəli yanaşma idi. Eyni zamanda həmin səpkidə səyyar xidmətinin regional bölmələri də fəaliyyət göstərir. Hazırda bizim regional təmsilçimiz bu səviyyədə təşkil olunub”.

Dövlət büdcəsinə yenidən baxılması məsələsinə də münasibət bildirən nazir buna ehtiyac olmadığını vurğulayıb: “Biz çalışmalıyıq ki, ehtiyat mənbəsində kifayət qədər valyutamız olsun. Keçən ilin təcrübəsi, valyuta bazarında olan təlatümlər, məzənnəyə təzyiqlər, Mərkəzi Bankın valyuta ehtiyatlarının kəskin enməsi, hökuməti vadar edir ki, dövlət maliyyə qurumlarında qurumlarında, daxıllarında kifayət qədər valyuta ehtiyatları toplansın.

Dövlət Neft Fondu daxıllardan biridir. Bunları nəzərə alaraq çox qənaətcil şəkildə büdcə siyasətini həyata keçirməliyik. Son 3 ildə büdcə yığcamlaşdırılması siyasəti edirik. İldən-ilə Dövlət Neft Fondundan tranfertləri azaldırıq. Bu siyasətin davamıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275