BÜDCƏ

Xarici şokların Azərbaycana təsiri müzakirə edilib
19 MAY
196

Xarici şokların Azərbaycana təsiri müzakirə edilib

2016-05-19 19:38:00

Beynəlxalq Valyuta Fondu IV Maddə üzrə Azərbaycan hökuməti ilə məsləhətləşmələrə başlayıb. Maliyyə Nazirliyindən fins.az-a verilən məlumata görə, mayın 19-da Beynəlxalq Valyuta Fondunun (BVF) Rəhbərlər Şurasında Azərbaycanı təmsil edən, maliyyə naziri Samir Şərifov BVF ilə Azərbaycan hökuməti arasında IV Maddə üzrə Mohammed Əl-Qorçinin rəhbərlik etdiyi məsləhətləşmələr missiyasını qəbul edib.

Görüş zamanı ölkənin makroiqtisadi, fiskal və bank sektorundakı vəziyyət, habelə büdcə parametrləri üzrə fikir mübadiləsi aparılmış, xarici iqtisadi şokların ölkə iqtisadiyyatına mənfi təsirlərinin neytrallaşdırılması ilə bağlı hökumət tərəfindən atılan addımlar müzakirə olunub. BVF missiyasının səfər zamanı ölkənin əsas iqtisadi qurumları ilə görüşləri nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275