BÜDCƏ

Nazir: İstifadə edilməyən torpaqlara görə vergi ödənilməlidir
19 MAY
262

Nazir: İstifadə edilməyən torpaqlara görə vergi ödənilməlidir

2016-05-19 17:39:00

Azərbaycan əhalisi istifadə edilməyən torpaqlara görə vergi ödəməlidir. Bunu jurnalistlərə kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi ölkə ərazisində istifadəsiz torpaqların aşkar olunması üzrə monitorinqi davam etdirir: "Bu proses hələ başa çatmayıb, çünki bura bir neçə dövlət strukturı cəlb edilib. Kənd Təsərrüfatı Nazirliyindən başqa, burada İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət komitəsi də iştirak edir".

H.Əsədov qeyd edib ki, nazirlik sözügedən məsələ ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlayıb: "Biz qanuna dəyişikliklər hazırlamışıq, dəyişikliklər parlament tərəfindən qəbul olunub və ümid edirəm ki, tezliklə dövlət başçısı tərəfindən təsdiq olunacaq".

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275