BÜDCƏ

Vergilər Nazirliyi turizm obyektlərinin vergidən azad edilməsini mümkün sayır
18 MAY
373

Vergilər Nazirliyi turizm obyektlərinin vergidən azad edilməsini mümkün sayır

2016-05-18 13:25:00

Azərbaycan hökuməti turizm obyektlərinin vergidən azad olunması məsələsinə baxa bilər. Fins.az xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, bu məsələ təmsil etdiyi qurumun səlahiyyətində olmasa da, ölkənin sosial-iqtisadi siyasətinə uyğun olacaqsa, bu addımı atmaq olar: "Turizm obyektlərinin vergidən azad edilməsinə kompleks şəkildə baxılmalıdır ki, ayrı-ayrı şəxslər güzəştlərdən sui-istifadə etməsinlər. Bu addım ölkə əhalisinin xeyrinə olmalı, dövlət büdcəsinə daxilolmaları artırmalıdır". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274