BÜDCƏ

Gömrük yığımlarında 61 faizlik artım
13 MAY
349

Gömrük yığımlarında 61 faizlik artım

2016-05-13 17:02:00

Cari ilin aprel ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 227,397 mln. manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 86,1 mln. manat yaxud 60,9% çoxdur.

Komitənin saytında verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 11,642 mln. manat yaxud 27,4% artaraq 54,202 mln. manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 55,725 mln. manat yaxud 62% artaraq 145,577 mln. manat, aksizlər 8,373 min manat yaxud 2,2 dəfə artaraq 15,615 mln. manat, yol vergisi üzrə daxilolmalar isə 10,35 mln. manat və ya 7 dəfədən çox artaraq 12,003 mln. manata çatıb.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272