BÜDCƏ

SOCAR-ın büdcəyə ödənişləri azalıb
13 MAY
261

SOCAR-ın büdcəyə ödənişləri azalıb

2016-05-13 14:20:00

SOCAR tərəfindən bu ilin aprel ayında dövlət büdcəsinə 119 mln. 845 min manat vəsait ödənilib. 

Fins.az-ın APA-ya istinadən məlumatına görə, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 12 mln. 658 min manat və ya 9,55% azdır. 

Ümumiyyətlə, bu ilin yanvar-aprel aylarında büdcəyə 444 mln. 975 min manat vəsait ödənilib ki, bu da 2015-ci ilin dörd ayı ilə müqayisədə 27 mln. 971 min manat və ya 5,91% azdır. 

Bundan əlavə, bu ilin aprel ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 13 mln. 138 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin aprel ayı ilə müqayisədə 1 mln. 230 min manat və ya 10,33% çox olub. 

Ümumiyyətlə, bu ilin yanvar-aprel aylarında SOCAR tərəfindən DSMF-ə ödəniş 45 mln. 108 min manat təşkil edib ki, bu da 2015-ci ilin yanvar-aprel aylarına nisbətən 1 mln. 486 min manat və ya 3,19% azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275