BÜDCƏ

İlham Əliyev: "Maliyyə vəziyyəti sabitdir, büdcə gəlirləri yaxşı səviyyədədir"
11 MAY
142

İlham Əliyev: "Maliyyə vəziyyəti sabitdir, büdcə gəlirləri yaxşı səviyyədədir"

2016-05-11 18:13:00

"Hazırda Azərbaycanda maliyyə vəziyyəti sabitdir. Eyni zamanda, büdcə gəlirləri yaxşı səviyyədədir".Fins.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 11-də Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in nümayəndə heyəti ilə görüşdə deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, 2017-2018-ci illər qeyri-neft sektorunun çox fəal inkişaf illəri olacaq. Onun sözlərinə görə, dövlət və özəl sərmayələr artıq planlaşdırılıb: "Əlbəttə, infrastruktur layihələri prioritet olacaq. Həmçinin maraqlı olduğumuz sahələrə xarici sərmayələri gözləyirik. Biz sərmayədarların maraqları ilə ölkəmizin maraqları arasında tarazlığı tapmalıyıq. Bu günə qədər, fikrimcə, biz bu vəzifənin öhdəsindən gəlmişik. Lakin bu il yeni iqtisadi vəziyyət ilidir. Dəfələrlə qeyd etdiyim kimi, biz artıq neftdən sonrakı dövrə qədəm qoymuşuq. Demək olmaz ki, neft və qaz erası bitib. Sadəcə, biz bu faktoru kənara qoymalıyıq və öz iqtisadi strategiyamızı elə formalaşdırmalıyıq ki, sanki bizdə neft və qaz yoxdur".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272