BÜDCƏ

Nazir: "Marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz"
10 MAY
373

Nazir: "Marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz"

2016-05-10 10:18:00

Vergilər naziri Fazil Məmmədov ticarət şəbəkələrinin (supermarket) əlavə dəyər vergisi (ƏDV) üzrə vergi güzəştləri ilə bağlı təkliflərinə münasibət bildirib. 

Fins.az-ın APA-ya istinadən xəbərinə görə, nazir deyib ki, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz: "Nəyə görə marketlər ƏDV-dən azad olunmalıdır ki? Kənd təsərrüfatı məhsullarının 95-98%-i bazarlarda, yerdə qalan hissəsi isə, yəni 1-2% marketlərdə satılır. Ona görə, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz. Bu, mümkün deyil. Təkrar edirəm, kənd təsərrüfatı məhsullarının 98%-i bazarlarda satılır. Bazarlarda isə nə ƏDV var, nə də sadələşdirilmiş vergi".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275