BÜDCƏ

“Maliyyə vəziyyətimiz sabitdir” – İLHAM ƏLİYEV
10 MAY
390

“Maliyyə vəziyyətimiz sabitdir” – İLHAM ƏLİYEV

2016-05-10 08:18:00

“Baxmayaraq, bu gün hələ ki, davam edən dünya iqtisadi və maliyyə böhranı bizə də öz təsirini göstərib, Ancaq hesab edirəm ki, biz bu böhrandan şərəflə çıxa bilmişik və bu gün iqtisadi sahədə heç bir problem yaşanmır”. Fins.az xəbər verir ki, bu açıqlama ilə Prezident İlham Əliyev çıxış edib. Onun sözlərinə görə, dünya bazarında neft ucuzlaşsa da, Azərbaycanın 2016-cı ili problemsiz başa vuracaq.

“Maliyyə vəziyyətimiz sabitdir, iqtisadi inkişaf davam edir, neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi ilə əlaqədar problemlər olsa da, ancaq biz bu problemlərin öhdəsindən şərəflə gəlirik. Əminəm ki, 2016-cı ili də biz uğurla başa vuracağıq. Nəyə görə? Ona görə ki, əvvəlki illərdə dayanıqlı iqtisadi inkişaf təmin edilmişdir, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox ciddi addımlar atılıb” – deyə dövlət başçısı bildirib.

İlham Əliyev həmçinin qeyd edib ki, neftin qiymətinin 3-4 dəfə aşağı düşməsinə baxmayaraq Azərbaycanda bütün sahələrdə, o cümlədən sosial sferada proqramlar icra edilir, məktəb və xəstəxana tikintisi davam etdirilir, məcburi köçkünlərin problemləri həll olunur, bu ilin  əvvəlində isə maaşlar və pensiyalar 10% artırılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272