BÜDCƏ

Azərbaycan AİB üzrə konsultasiyalara hazırdır - MALİYYƏ NAZİRİ
05 MAY
295

Azərbaycan AİB üzrə konsultasiyalara hazırdır - MALİYYƏ NAZİRİ

2016-05-05 19:11:00

Azərbaycan Asiya İnkişaf Bankının (AİB) yeni strategiyası üzrə konsultasiyaların fəal iştirakçısı olmağa hazırdır. Fins.az-ın "Trend"ə istinadən məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Almaniyanın Frankfurt şəhərində AİB Rəhbərlər Şurasının 49-cu İllik Toplantısında çıxış edərkən deyib.

Nazir bildirib: "Əminəm ki, AİB-in hazırladığı yeni strategiya yaranan problemləri daha kompleksli həll etməyə imkan verəcək və onun reallaşdırılması bankın güclənməsinə gətirib çıxaracaq".

S.Şərifov çıxışında özəl sektora dəstək də daxil olmaqla AİB-in kredit əməliyyatlarının artırılması və genişləndirilməsinin zəruriliyini vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272