BÜDCƏ

Gömrükdə "yaşıl dəhliz" olacaq
04 MAY
333

Gömrükdə "yaşıl dəhliz" olacaq

2016-05-04 17:55:00

Yaxın vaxtlarda Azərbaycanda sahibkarlığa dəstək məqsədi ilə xaricdan gətirilən yüklərin “yaşıl dəhliz” vasitəsi ilə ölkəyə daşınması üçün müvafiq qərarın qəbul ediləcəyi gözlənilir. Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin(DGK) sədri Aydın Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, bu məsələ ətrafında digər qurumlarla müzakirələr aparılıb: “Dövlət başçısının 4 mart tarixli sərəncamından sonra iki ay ərzində müxtəlif dövlət qurumları ilə birgə normativ aktların layihələrini hazırlayaraq Prezident Administrasiyasına və Nazirlər Kabinetinə təqdim etmişik. Artıq müəyyən işlər gedir və yaxın zamanlarda sahibkarlara kömək məqsədi ilə müxtəlif dəhlizlər, eyni zamanda yüklərin “yaşıl dəhliz” vasitəsi ilə Azərbaycana gətirilməsi və rəsmiləşdirilməsi ilə bağlı müvafiq qərar veriləcək”.

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271