BÜDCƏ

Gömrük ödənişləri hansı bankla ediləcək?
04 MAY
594

Gömrük ödənişləri hansı bankla ediləcək?

2016-05-04 15:50:00

Azərbaycanda elektron gömrük bəyannamələrinin tətbiqi ilə gömrük ödənişlərinin hansı banklarla həyata keçiriləcəyi məlum olub. Fins.az xəbər verir ki, bu barədə malların və nəqliyyat vasitələrinin elektron qaydada gömrük rəsmiləşdirilməsi üzrə inzibati reqlamentdə bildirilir.

Eləcə də bax: Elektron bəyannamə ilə gömrükdə nə dəyişəcək? – KOMİTƏDƏN AÇIQLAMA

Reqlamentə əsasən, bu iş Naxçıvan Muxtar Respublikası istisna olmaqla ölkənin qalan bütün ərazilərində “AFB Bank” vasitəsilə həyata keçiriləcək. Naxçıvanda isə gömrük ödənişlərini “Kapital Bank”ın Culfra rayonundakı filialı qəbul edəcək. Xatırladaq ki “AFB Bank” “Gilan Holdinq”ə, "Kapital Bank" isə "PAŞA Holdinq"ə daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272