BÜDCƏ

Dövlət vəsaitini dağıdanların cəriməsi artırılıb
04 MAY
242

Dövlət vəsaitini dağıdanların cəriməsi artırılıb

2016-05-04 10:52:00

Azərbaycanda dövlət qurumlarının vəsaitlərindən düzgün istifadə etməyən vəzifəli şəxslər üçün cərimələrin məbləği artırılıb. Fins.az xəbər verir ki, buna səbəb İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsinə edilmiş əlavə və dəyişikliklərin qüvvəyə minməsidir.

Dəyişikliklərə əsasən, bundan sonra maliyyə pozuntusuna yol verən vəzifəli şəxslər əvvəlki kimi 300-500 manat deyil, 400-800 manat cərimə ödəyəcəklər. Amma bunun üçün onların düzgün istifadə etmədiyi vəsaitin məbləği əvvəlki kimi 1000 manata qədər deyil, 2 min manata qədər olmalıdır.  

Həmçinin Məcəllənin həmin maddəsinə edilmiş dəyişikliyə görə, bundan sonra 2-4 min manat məbləğundə maliyyə pozuntusu edənlər 500-700 manat deyil, 1000-1500 manat cərimə ödəyəcəklər. 

410-cu maddəyə edilmiş əlavəyə görə isə, 4 min manatdan artıq büdcə və büdcədənkənar vəsaiti təyinatı üzrə istifadə etməyənlər 4-8 min manat cərimə olunacaq. 

Bununla belə, İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsi həmin maddədə göstərilən əməllər Cinayət Məcəlləsi ilə cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272