BÜDCƏ

Gömrük bəyannamələri bu gündən elektronlaşır
04 MAY
357

Gömrük bəyannamələri bu gündən elektronlaşır

2016-05-04 08:16:00

Bu gündən Azərbaycanda gömrük rəsmiləşdirilməsi elektron bəyanetmə sistemi vasitəsilə həyata keçiriləcək. Dövlət Gömrük Komitəsindən (DGK) fins.az-a verilən məlumata görə, yeni sistemin tətbiqində məqsəd gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması, xarici ticarət əməliyyatlarının daha da stimullaşdırılmasıdır.

Bəyannaməçi təqdim etdiyi sənədlərin və təqdim olunmuş sənədlər əsasında gömrük bəyannaməsinin düzgün tərtib olunmamasına görə gömrük qanunvericiliyinə əsasən birbaşa məsuliyyət daşıyır. Elektron bəyannamə “Elektron imza” ilə imzalanıb gömrük orqanına göndərilməlidir. Sənədi gömrük orqanları qəbul etdikdıən sonra o, hüquqi əhəmiyyətə malik olurr və həmin bəyannamədə hər hansı bir məlumatın dəyişdirilməsinə yol verilmir. Bu səbəbdən təqdim edilmiş bəyannamədə buraxılmış hər hansı bir səhv i gömrük orqanları ciddi tədqiq edəcək, gömrük işi sahəsində hüquqpozma faktının müəyyən edilməsi məqsədilə xüsusi araşdırmalara göndəriləcək.

Artıq DGK-nın Kollegiyası “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu üzrə inzibati reqlament”i təsdiq edib. Vətəndaşlar yeni elektron xidmətin təqdim edildiyi internet ünvanına (http://dgk.gov.az/az/e-xidnew.html,  http://www.e-gov.az) daxil olaraq bəyannaməni doldurmalı, tələb olunan sənədləri elektron şəkildə və ya skan edilmiş surətlərini) elektron imza ilə təsdiq etməklə real vaxt rejimində gömrük orqanına təqdim etməlidirlır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272