BÜDCƏ

Azərbaycanın reytinqi təsdiq edildi
30 APREL
461

Azərbaycanın reytinqi təsdiq edildi

2016-04-30 11:18:00

"Moody's Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycanın borc öhdəliklərinin uzunmüddətli emitent reytinqini və prioritet təmin edilməmiş reytinqini Ba1 səviyyəsində təsdiq edib. Fins.az-ın məlumatına görə, "Moody's" qeyd edir ki, SOFAZ-ın böyük həcmdə aktivləri neftin aşağı qiymətlərinin Azərbaycan iqtisadiyyatına mənfi təsirlərini yumşaltmağa kömək edir və neftin aşağı qiymətlərinə uyğunlaşmağa vaxt verir.

Agentlik, həmçinin "Cənub Qaz Dəhlizi" QSC-nin borc öhdəliklərinin təmin edilməmiş prioritet reytinqini Ba1 səviyyəsində təsdiq edib.

Azərbaycanın xarici valyutada uzunmüddətli və qısamüddətli istiqrazları, eləcə də depozit tavanı müvafiq olaraq, Ba1 və Ba2 səviyyəsində saxlanılıb, proqnoz neqativdir. Eyni zamanda, milli valyutada uzunmüddətli istiqrazlar depozitlər üçün ölkə tavanı Ba1 səviyyəsində qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275