BÜDCƏ

“İstintaq sövdələşməsi” nədir? – İZAHAT
29 APREL
446

“İstintaq sövdələşməsi” nədir? – İZAHAT

2016-04-29 16:54:00

Xəbər verildiyi kimi, qarşıdakı illərdə Azərbaycanda «istintaq sövdələşməsi» institutunun tətbiqi gözlənilir. Bu, Azərbaycan prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

İstintaq sövdələşməsi nədir, adətən bu üsul hansı vaxtlarda tətbiq edilir, Azərbaycanda «istintaq sövdələşməsi» hansı cinayətlərin araşdırılması zamanı tətbiq oluna bilər? Fins.az-ın sorğusuna əsasən bu sualları BSC Consulting & Outsourcing Şirkətinin hüquqşünası Cabbar Həsənov cavablandırır:

«İstintaq sövdələşməsi təqsirləndirilən şəxsin daha ağır cinayətlər barədə və ya cinayətkar şəbəkənin digər üzvlərinin ifşa edilməsi üçün mühüm məlumatlar verəcəyi təqdirdə ona qanunla müəyyən edilmiş həddə daha yüngül cəzanın tətbiq edilməsi barədə təqsirləndirilən şəxslə cinayət təqibi orqanı arasında razılaşmadır.

Bu Fəaliyyət Planında da 2016-2018-ci illərdə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi qaydaları və korrupsiya cinayətləri ilə əlaqədar ibtidai araşdırma çərçivəsində “istintaq sövdələşməsi” institutunun tətbiqinə dair təkliflərin hazırlanmasını təmin etməlidir. Bu o deməkdir ki, istintaq sövdələşməsi yalnız korrupsiya cinayətləri ilə əlaqədar ibtidai araşdırma çərçivəsində tətbiq ediləcək.

O ki qaldı hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi qaydalarına bu o deməkdir ki, Cinayət Məcəlləsində nəzərdə tutulan Hüquqi şəxslər barəsində tətbiq olunan cinayət-hüquqi tədbirlər fəsli ilə bağlı olaraq Cinayət Prosessual Məcəlləsində müvafiq dəyişikliklər aparılacaqdır. İstintaq sövdələşməsinin hüquqi şəxslərə birbaşa aidiyyatı yoxdur».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272