BÜDCƏ

Gömrük yığımları dəyişdi – YENİ QƏRAR, TAM MƏTN
29 APREL
1010

Gömrük yığımları dəyişdi – YENİ QƏRAR, TAM MƏTN

2016-04-29 09:59:00

Nazirlər Kabineti “Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə qərar qəbul edib. Bu qərar gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımlarını müəyyən edir. Başqa sözlə, gömrük yığımlarının tətbiqi daxili bazarın müdafiəsi və fiskal məqsədlər üçün nəzərdə tutulmur, onların məbləği gömrük orqanları tərəfindən göstərilən xidmətin təxmini dəyərini əks etdirir.

Qərarda deyilir: 

“Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə 

“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanının 28.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Gömrük yığımlarının məbləğləri” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında gömrük fəaliyyətinin növləri üzrə alınan yığımların miqdarları haqqında” 2000-ci il 29 avqust tarixli 151 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 8, maddə 655) və “Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımlarının miqdarı”nın təsdiq edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 190 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 9, maddə 916) ləğv edilsin.

3. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 4, maddə 289,  N 8, maddə 560; 2002, N 8, maddə 549, N 9, maddə 581, N 10, maddə 647; 2003, N 2, maddə 147, N 4, maddə 226, N 10, maddə 614, N 12, II kitab, maddə 749; 2004, N 3, maddə 196, N 4, maddə 307, N 5, maddələr 389, 390, N 9, maddə 743; 2005, N 10, maddə 980; 2006, N 4, maddə 363, N 7, maddə 652; 2007, N 5, maddə 548,N 6, maddə 700, N 11, maddə 1187; 2008, N 4, maddə 325; 2009, N 11, maddə 938; 2010, N 1, maddə 68; 2012, N 9, maddə 928; 2013, N 7, maddə 871; 2014, N 1, maddə 65, N 2, maddə 197) adından “, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı” sözləri və 1-ci hissəsindən “və Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı” sözləri çıxarılsın.

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı  il26aprel

tarixli 168nömrəliqərarıilə

təsdiqedilmişdir

Gömrük yığımlarının məbləğləri

1. Ümumi müddəalar

  1.1. “Gömrük yığımlarının məbləğləri” (bundan sonra - Sənəd) Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 231.2-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımlarını müəyyən edir.

1.2. Gömrük yığımlarının tətbiqi daxili bazarın müdafiəsi və fiskal məqsədlər üçün nəzərdə tutulmur, onların məbləği gömrük orqanları tərəfindən göstərilən xidmətin təxmini dəyərini əks etdirir.

1.3. Gömrük yığımları aşağıdakılardır:

1.3.1. gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları:

1.3.1.1. malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları;

1.3.1.2. gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılmasına görə gömrük yığımları;

1.3.1.3. malların gömrük nəzarəti altında məhvinə görə gömrük yığımları;

1.3.2. gömrük müşayiətinə görə gömrük yığımları;

1.3.3. malların saxlancına görə gömrük yığımları;

1.3.4. gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə gömrük yığımları;

1.3.5. bankların və bank olmayan kredit təşkilatlarının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə gömrük yığımları.

1.4. Mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və ya iş yerindən kənarda həyata keçirildikdə, bu Sənədin 1.3.1-ci yarımbəndində qeyd olunan gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları ikiqat məbləğdə alınır.

2. Malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının məbləği

2.1. Malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi (tranzit xüsusi gömrük proseduru istisna olmaqla) və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərə, həmçinin fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük borcu yarandığı halda həmin malların rəsmiləşdirilməsinə və yük (karqo) manifesti vasitəsilə Azərbaycan Respublikasının ərazisində hava gəmilərinin konstruksiyası ilə müəyyən edilmiş tutumlarına doldurulan və heyət üzvlərinin, xidmətedici heyətin, sərnişinlərin istifadəsi və hava gəmisinin istismarı üçün ehtiyatlar hesab olunan malların gömrük rəsmiləşdirilməsinəgörə aşağıdakı məbləğdə gömrük yığımları alınır:

  2.1.1. gömrük dəyəri 1 000 manata qədər olduqda 10 manat;

2.1.2. gömrük dəyəri 1 001 manatdan 10 000 manata qədər olduqda 50 manat;

2.1.3. gömrük dəyəri 10 001 manatdan 100 000 manata qədər olduqda 100 manat;

2.1.4. gömrük dəyəri 100 001 manatdan yuxarı olduqda isə 275 manat.

2.2. Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit xüsusi gömrük proseduru altında keçirilən malların gömrük rəsmiləşdirilməsinə görə 30 manat məbləğində gömrük yığımı alınır.

2.3. Hasilatın pay bölgüsü haqqında sazişlərin icrası ilə bağlı Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, o cümlədən mənfəət karbohidrogenlərinin gömrük rəsmiləşdirilməsinə görə bu sazişlərin müvafiq müddəaları ilə müəyyən edilmiş məbləğdə gömrük yığımları alınır.

2.4. Malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında tam yerləşdirilməsini nəzərdə tutan bütün növ gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat məbləğində gömrük yığımı alınır.

2.5. Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük borcu yarandığı halda təqdim edilən sadələşdirilmiş bəyannamələrin rəsmiləşdirilməsi üçün 10 manat məbləğində gömrük yığımı alınır.

2.6. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, o cümlədən müvəqqəti gətirilən nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:

2.6.1. yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün - 20 manat;

2.6.2. digər avtonəqliyyat vasitələri üçün - 15 manat.

2.7. Aşağıdakı hallarda malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmır:

2.7.1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” ilə gömrük ödənişlərindən azadolma tətbiq edildiyi hallarda;

2.7.2. elektrik enerjisinin qarşılıqlı ötürülməsi hallarında;

2.7.3. qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı və qrant müqaviləsi (qərarı) əsasında qrantlar hesabına malların xaricə ixracı hallarında;

2.7.4. humanitar və texniki yardım məqsədi ilə gömrük sərhədindən keçirilən malların gömrük rəsmiləşdirilməsi zamanı.

2.8. Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının hesablanması bəyannamənin və ya gömrük rəsmiləşdirilməsinə əsas verən müvafiq sənədin gömrük orqanına təqdim edildiyi gün qüvvədə olan gömrük yığımlarının məbləğləri əsasında həyata keçirilir.

2.9. Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının ödənilməsi bəyannamə və ya gömrük rəsmiləşdirilməsinə əsas verən müvafiq sənəd təsdiq (qəbul) edilənədək və ya təsdiqi (qəbulu) ilə eyni vaxtda həyata keçirilir.

3. Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılmasına görə gömrük yığımlarının məbləği

3.1. Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılmasına görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:

Sıra

№-si

Gömrük ekspertizasının növləri

Gömrük yığımlarının məbləği (manatla)

1

2

3

1. Malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi

1.1.

malların kimyəvi tərkibinin ekspertizası

50

1.2.

malların texniki göstəricilərinin ekspertizası

30

1.3

malların mineraloji tərkibinin ekspertizası

50

2. Malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına (XİFMN) uyğun olaraq, aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi

2.1.

malların XİFMN-ə uyğun aidiyyətinin, təsnifat kodunun ekspertizası

20

2.2.

malların eyniləşdirilməsinin ekspertizası

50

3. Malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının və keyfiyyətinin müəyyən edilməsi

3.1.

malların mənşə sənədlərinin həqiqiliyinin yoxlanılması

30

3.2.

emal prosesində malların hasilat və ya orta hasilat normalarının müəyyən edilməsi

80

3.3.

nəqliyyat vasitələrinin ekspertizası

30

3.4.

istehlak məhsullarının ekspertizası

30

3.5.

mikrobioloji ekspertiza (hər bir parametr üzrə)

15

3.6.

spirtin və spirtli içkilərin xromatoqrafik ekspertizası

80

3.7.

yağların xromatoqrafik ekspertizası

100

3.8.

mikotoksinlərin ekspertizası

110

3.9.

yeyinti məhsullarında və suda pestisidlərin ekspertizası

125

3.10.

ekspress-rentgenspektral ekspertiza

30

3.11.

rentgenspektral ekspertiza

70

3.12.

rentgendifraktometrik analiz

50

3.13.

nitrat və nitritlərin ekspertizası

30

3.14.

ağır metalların ekspertizası (hər parametr üzrə)

10

3.15.

yeyinti məhsullarında və suda ion-xromatoqrafiya ekspertizası (hər bir parametr üzrə)

10

1

2

3

3.16.

məhsullarda genetik modifikasiya olunmuş orqanizmlərin ekspertizası

150

3.17.

yeyinti məhsullarında baytarlıq preparatlarının miqdarının müəyyən edilməsinə dair ekspertiza

100

3.18.

yeyinti məhsullarında antibiotiklərin ekspertizası

50

3.19.

yeyinti məhsullarında histaminin ekspertizası

50

3.20.

yeyinti məhsullarında qida əlavələrinin (konservantların, boyaq maddələrinin və s.) ekspertizası (hər bir parametr üzrə)

30

3.21.

fiziki-kimyəvi ekspertiza (bir parametr üzrə)

10

3.22.

orqanoleptik ekspertiza

10

3.23.

dərman vasitələrinin və bioloji fəal qida əlavələrinin və onların substansiyalarının ekspertizası (hər bir parametr üzrə)

30

3.24.

malların tərkibində güclü təsirli, zəhərli, narkotik, psixotrop maddələrin və onların prekursorlarının müəyyən edilməsi üzrə ekspertiza

100

3.25.

neft və neft məhsullarının ekspertizası

100

3.26.

malların keyfiyyət göstəricilərinin tədqiqi

70

4. Gömrük nəzarətinə düşən malların müəyyən edilməsi

4.1.

ixrac nəzarəti məqsədi ilə malların ikili, hərbi və ya mülki təyinatının müəyyən edilməsi üzrə ekspertiza

50

4.2.

mülki dövriyyəsi məhdudlaşdırılmış və qadağan edilmiş malların müəyyən edilməsi üzrə ekspertiza

50

4.3.

kimyəvi silahlar və onların hazırlanmasında istifadə olunan kimyəvi maddələrin müəyyən edilməsinə dair ekspertiza

70

4.4.

sənətşünaslıq ekspertizası

50

4.5.

təhlükəli tullantıların müəyyən edilməsi üzrə ekspertiza

50

4.6.

ozondağıdıcı malların müəyyən edilməsi üzrə ekspertiza

30

4.7.

radioloji ekspertiza (hər bir parametr üzrə)

50

5. Malların gömrük dəyərinin müəyyən edilməsi

5.1.

malın gömrük dəyərinin ekspertizası

50

3.2. XİFMN-ə uyğun olaraq, aidiyyətinin və təsnifat kodunun ekspertizasına görə gömrük yığımları hər bir təsnifat kodu üzrə, emal prosesində hasilat normalarının müəyyən edilməsi üçün gömrük yığımları hər bir müraciət üzrə, digər ekspertiza məqsədləri üçün isə gömrük yığımları hər bir mal üzrə ayrılıqda tətbiq edilir.

3.3. Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımlarının hesablanması ekspertizanın aparılması məqsədi ilə müraciət edildiyi gün qüvvədə olan gömrük yığımlarının məbləğləri əsasında həyata keçirilir.

3.4. Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımları ekspertizanınaparılmasıməqsədi ilə müraciət edildiyi zaman ödənilir.

4. Malların gömrük nəzarəti altında məhvinə görə gömrük yığımlarının məbləği

4.1. Malların gömrük nəzarəti altında məhvinə görə malın ilkin gömrük dəyərindən asılı olaraq, bu Sənədin 2.1-ci bəndi ilə müəyyən edilmiş məbləğdə gömrük yığımları tətbiq edilir.

4.2. Malların gömrük nəzarəti altında məhvinə görə gömrük yığımlarının hesablanması məhvetmənin baş verdiyi gün qüvvədə olan gömrük yığımlarının məbləğləri əsasında həyata keçirilir.

4.3. Malların gömrük nəzarəti altında məhvinə görə gömrük yığımları malların gömrük nəzarəti altında məhv edilməsinə dair akt təsdiq edilənədək və ya onun təsdiqi ilə eyni vaxtda ödənilir.

5. Gömrük müşayiətinə görə gömrük yığımlarının məbləği

5.1. Gömrük müşayiətinə görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:

  5.1.1. gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən hər avtonəqliyyat vasitəsinin və ya vahid qatarın və ya dəniz, çay gəmisinin və ya hava gəmisinin fiziki olaraq gömrük müşayiətinin aparılmasına görə - 100 manat;

5.1.2. stasionar GPS qurğusu olmayan nəqliyyat vasitələrinə elektron qıfıllar (GPS qurğuları) quraşdırılaraq, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə  (hər 24 saat üçün) - 5 manat.

5.2. Gömrük müşayiətinəgörə gömrük yığımlarının hesablanması müşayiətin başlandığı gün qüvvədə olan gömrük yığımlarının məbləğləri əsasında həyata keçirilir.

5.3. Bu Sənədin 5.1.1-ci yarımbəndi ilə müəyyən edilmiş gömrük müşayiətinə görə gömrük yığımları müşayiətə başlanılmazdan əvvəl ödənilir.

5.4. Stasionar GPS qurğusu olmayan nəqliyyat vasitələrinə elektron qıfıllar (GPS qurğuları) quraşdırılaraq, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə gömrük yığımları hesablanarkən, 24 saatdan az olan müddət tam 24 saata bərabər tutulur.

5.5. Bu Sənədin 5.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş gömrük müşayiətinə görə gömrük yığımları müşayiət başa çatdıqdan sonra ödənilir.

6. Malların saxlancına görə gömrük yığımlarının məbləği

6.1. Gömrük orqanlarının sərəncamında olan anbarlarda malların saxlancına görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:

6.1.1. xüsusi saxlanc şəraitini tələb etməyən hər 100 kiloqram (brutto çəki) malların 24 saat ərzində saxlanılmasına görə - 0,2 manat;

6.1.2. xüsusi saxlanc şəraitini tələb edən hər 100 kiloqram (brutto çəki) malların xüsusi avadanlıqla təchiz edilmiş anbarlarda 24 saat ərzində saxlanılmasına görə - 0,5 manat.

6.2. Malların saxlancına görə gömrük yığımları hesablanarkən, çəkisi 100 kiloqramdan az olan mallar 100 kiloqrama, 24 saatdan az müddət isə tam 24 saata bərabər tutulur.

6.3. Malların saxlancına görə gömrük yığımlarının hesablanması malların saxlanma müddətində qüvvədə olan gömrük yığımlarının məbləğləri əsasında həyata keçirilir.

6.4. Malların saxlancına görə gömrük yığımları mallar saxlandığı anbardan çıxarılmazdan əvvəl ödənilir. 

7. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatınınverilməsinə görə gömrük yığımlarının məbləği

7.1. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:

7.1.1. gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə - 100 manat;

7.1.2. gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə verilmiş ixtisas attestatlarının fəaliyyətinin bərpa edilməsinə görə - 150 manat;

7.1.3. gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının dublikatının verilməsinə görə - 30 manat.

7.2. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə gömrük yığımlarının hesablanması attestatın və ya onun dublikatının verildiyi, o cümlədən fəaliyyətinin bərpa edildiyi gün qüvvədə olan gömrük yığımlarının məbləğləri əsasında həyata keçirilir.

7.3. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə gömrük yığımları attestat və ya onun dublikatı verilənədək və ya onların verilməsi ilə eyni vaxtda, attestatınfəaliyyəti bərpa edildikdə isə bu barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq qərar qəbul edildiyi gün ödənilir 

8. Bankların və bank olmayan kredit təşkilatlarının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə gömrük yığımlarının məbləği

8.1. Bankların və bank olmayan kredit təşkilatlarının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə - 2.000 manat məbləğində gömrük yığımı alınır.

8.2. Bankların və bank olmayan kredit təşkilatlarının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə gömrük yığımlarının hesablanması Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən bankların və bank olmayan kredit təşkilatlarının reyestrə daxil edilməsi haqqında qərar qəbul edildiyi gün qüvvədə olan gömrük yığımlarının məbləğləri əsasında həyata keçirilir.

8.3. Bankların və bank olmayan kredit təşkilatlarının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə gömrük yığımları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 1 mart tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası”nın 3.2-ci bəndi ilə müəyyən edilmiş müddətdə ödənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271