BÜDCƏ

Azərbaycanda əlavə dəyər vergisi azaldıla bilər
28 APREL
525

Azərbaycanda əlavə dəyər vergisi azaldıla bilər

2016-04-28 08:29:00

Vergilər Nazirliyi Azərbaycanda bir sıra mallar üçün əlavə dəyər vergisinin (ƏDV) yeni formada hesablanmasımı təklif edir. Fins.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva bildirib.

Onun sözlərinə görə, Avropa ölkələrində ƏDV-nin oprta dərəcəsi 20% təşkil edir. Azərbaycanda isə bu göstərici 18%-dir və elə də yüksək deyil: “Bununla belə nazirlik bir sıra mallar üçün differensial ƏDV-nin tətbiqini istəyir. Bu nağdsız hesablaşmaları stimullaşdıra, ticarət və xidmət sektorunda dövriyyənin şəffaflığını təmin edə bilər”.

Samirə Musayeva qeyd edib ki, bununla bağlı qərarlar kompleks şəkildə, büdcə daxilolmalarının azalmasına və sahibkarlar üçün barkerlərin yaranmasına imkan vermədən qəbul edilməlidir.

Xatırladaq ki, 2011-ci ilin əvvəlindən qüvvəyə minən Vergi Məcəlləsində mənfəət vergisi 27%-dən 20%-ə, ƏDV isə 20%-dən 18%-ə endirilib. 

Mənbə: "Fineko"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271