BÜDCƏ

Maliyyə Bazarlarına Nəzarət Palatasında yeni təyinat
27 APREL
994

Maliyyə Bazarlarına Nəzarət Palatasında yeni təyinat

2016-04-27 11:02:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının strukturunun formalaşdırılması istiqamətində daha bir addım atılıb. Fins.az-ın əldə etdiyi məlumata görə, Palatanın tərkibində Kapital bazarına nəzarət departamenti yaradılıb. Yeni departament adından da göründüyü kimi qiymətli kağızlar bazarının iştirakçılarına nəzarət edəcək.

Eləcə də bax: Yeni palatanın Sığorta nəzarəti departamentinə rəhbər təyin edildi

Departamentə rəhbərlik müvəqqəti olaraq Cavid Nəzərova həvalə olunub. O, buna qədər Prezident İlham Əliyevin fərmanı ilə ləğv edilmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Lisenziyalaşdırma və Nəzarət şöbəsinin rəisi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272