BÜDCƏ

“Sərhədi keçəndə görəcəksiniz” – GÖMRÜK KOMİTƏSİNİN SƏDRİNDƏN VƏD
25 APREL
1246

“Sərhədi keçəndə görəcəksiniz” – GÖMRÜK KOMİTƏSİNİN SƏDRİNDƏN VƏD

2016-04-25 11:15:00

Azərbaycanda investisiyaların təşviq edilməsini nəzərdə tutan təkliflər zərfi artıq Nazirlər Kabinetinə təqdim edilib. Fins.az xəbər verir ki, bunu Bakıda keçirilən “Sahibkarlar günü” adlı konfransıda çıxışı zamanı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib: "Bu sənədi digər nazirliklərlə birgə işləmişik".

Eləcə də bax: “Sınıq Körpü” gömrük postunda bir qrup şəxs saxlanılıb

Onun sözlərinə görə, bu sənəddə vergi və rüsumlar, daxili istehsalın inkişafı, habelə daxili bazarın qorunması ilə bağlı məsələlər əksini tapıb.

Eləcə də bax: Sərhəddən pulsuz nə keçirmək olar? – GÖMRÜKDƏN AÇIQLAMA

“Qeyd edim ki, dövlət başçısının gömrük sistemində islahatların davam etdirilməsinə dair sərəncamı mühüm sənəddir. Bu sərəncamdan irəli gələn məsələlər artıq yekunlaşmaq üzrədir. Digər məsələlər, məsələn, "yaşıl dəhliz", gömrükdə depozitlərin qoyulması, vətəndaşların rast gəldiyi digər məsələlər də həllini tapacaq. Artıq sərhədi keçərkən bunları görəcəksiz”, - deyə A.Əliyev qeyd edib.

Mənbə: “Report”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275