BÜDCƏ

“Sınıq Körpü” gömrük postunda bir qrup şəxs saxlanılıb
23 APREL
465

“Sınıq Körpü” gömrük postunda bir qrup şəxs saxlanılıb

2016-04-23 13:56:00

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda asayişi pozan bir qrup şəxs saxlanılıb. Dövlət Gömrük Komitəsindən (DGK) fins.az-a verilən məlumata görə, aprelin 23-də Gürcüstanla həmsərhəd rayonlarda yaşayan bir qrup sakin özləri ilə gətirdikləri şəxsi istehlak miqdarından artıq yükə görə gömrük rüsumu ödəməkdən imtina edib.

           Eləcə də bax: Sərhəddən pulsuz nə keçirmək olar? – GÖMRÜKDƏN SİYAHI

Belə ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun ərazisinə daxil olan və mütəmadi olaraq kommersiya məqsədilə Gürcüstana səyahət edən həmin şəxslərin yükünə gömrük baxış zamanı  şəxsi istehlak miqdarından artıq siqaret və ərzaq məhsullarının olduğu müəyyən edilib. Həmin şəxslərə qanunvericiliyin tələblərini  xatırladan gömrükçülər qanunla nəzərdə tutulan miqdardan artıq yükə görə gömrük vergi və rüsumlarının ödənilməsini tələb edib. "Ancaq gömrük orqanları əməkdaşlarının qanuni tələbinə məhəl qoymayan həmin şəxslər kommersiya məqsədilə gətirdikləri normadan artıq yükə görə nəzərdə tutulan rüsumları ödəməkdən imtina ediblər"-deyə məlumatda bildirir.

         Eləcə də bax: Xaricdən mal gətirməkdə yenilik

Üstəlik, komitədən bildirilib ki, gömrükçülərin dəfələrlə apardıqları izahat işlərinə baxmayaraq həmin şəxslər vəzifə borcunu yerinə yetirən gömrük orqanı əməkdaşlarına qarşı qeyri-etik davranışbar: "Həmin şəxslər gömrükçüləri nalayiq ifadələrlə təhqir edib, gömrükçülərə qarşı fiziki güc tətbiq etməklə asayişi pozmağa çalışıblar".

Tovuz Gömrük İdarəsinin rəhbərliyi  tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub və polis əməkdaşları asayişi pozanları saxlayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274