BÜDCƏ

Yaxın 2 ildə ölkədə nə dəyişəcək? – İQTİSADİ PRİORİTETLƏR
21 APREL
561

Yaxın 2 ildə ölkədə nə dəyişəcək? – İQTİSADİ PRİORİTETLƏR

2016-04-21 11:57:00

Azərbaycanda yaxın 2 il üçün iqtisadi siyasətin əsas prioritetləri açıqlanıb. Fins.az xəbər verir ki, bu, Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının 2016-2017-ci illər üçün imzaladığı baş kollektiv sazişdə öz əksini tapıb.

Bütün torpaqlar əkiləcək

Sənədə əsasən, tərəflər xidmət sektorunu müasirləşdirəcək, innovativ iqtisadi inkişaf modelinə keçəcək, yüksək texnoloji və infrasturktur sahələrini inkişaf etdirəcəklər. İstifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların yenidən dövriyyəyə qaytarılması, torpaqlardan yerli şəraitə uyğun səmərəli istifadə edilməsi, əmək məhsuldarlığının artırılması da nəzərdə tutulub.

Kölgə iqtisadiyyatı azaldılacaq

Yaxın 2 ildə dövlət-sahibkar münasibətləri daha da təkmilləşdiriləcək, yerli məhsulun istehsal həcmini, keyfiyyətini, rəqabət qabiliyyətini artırmaq, onun dünya bazarına çıxarılması üçün istehsalçılara dəstək veriləcək. İqtisadiyyatın bütün sahələrində müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq ediləcək, kölgə iqtisadiyyatının qarşısı bir qədər də alınacaq, korrupsiya əleyhinə fəaliyyəti gücləndiriləcək.

Tariflərə yenidən baxılacaq

Tərəflər gənclərin və qadınların sahibkarlıqla məşğul olması üçün səyləri artıracaq, yerli inhisarçıların xidmətlərinə və məhsullarına qoyulan qiymətlərə (tariflərə) yenidən baxacaq, geni dəyişdirilmiş məhsulların ölkəyə gətirilməsinin qarşısını alacaqlar.

İpoteka şərtləri sadələşdiriləcək

“Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi şərtləri sadələşdiriləcək, qiymətlərin həddindən çox artmasına imkan verilməyəcək, xarici investorlar üçün stimullaşdırıcı mexanizmlər hazırlayacaq, Rəqabət Məcəlləsinin qəbulunu sürətləndirəcək, iqtisadiyyatının qeyri-neft sektorunu, o cümlədən turizmi inkişaf etdirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272