BÜDCƏ

Azərbaycan valyuta ehtiyatlarının 14%-ni itirib
20 APREL
588

Azərbaycan valyuta ehtiyatlarının 14%-ni itirib

2016-04-20 16:45:00

Son 1 ildə Azərbaycanın valyuta ehtiyatları 13,7% azalıb. Fins.az-ın məlumatına görə, bu il, aprelin 1-nə ölkə 38 milyard 311,8 milyon dollarlıq valyuta ehtiyatına malik olub. Bunun 34 milyard 246 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 4milyard 65,8 milyon dolları isə Mərkəzi Bankın (ARMB) payına düşüb. Ötən ilin 1-ci rübünün yekununda isə valyuta ehtiyatlarının məbləği 44 milyard 402,6 milyon dollar təşkil edib. Bunun isə 34 milyard 930,5 milyon dolları ARDNF-də, 9 milyard 472,1 milyon dolları ARMB-də toplanıb. Başqa sözlə, Azərbaycan valyuta ehtiyatlarının 6 milyard 90,8 milyon dollarını itirib.

İlin əvvəli ilə müqayisədə isə valyuta ehtiyatları cəmi 0,7% azalıb. Bu il, yanvarın 1-nə ölkə 38 milyard 590,8 milyon dollarlıq valyuta ehtiyatına malik olub. Bunun 33 milyard 574,1 milyon dolları ARDNFin, 5 milyard 16,7 milyon dolları isə ARMB-nin payına düşüb. Başqa sözlə, Azərbaycan ilin 1-ci rübündə valyuta ehtiyatlarının 279 milyon dollarını itirib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272