BÜDCƏ

Vergi işçiləri hər 5 müraciətdən 1-nə “Yox” deyir
20 APREL
420

Vergi işçiləri hər 5 müraciətdən 1-nə “Yox” deyir

2016-04-20 16:02:00

Bu ilin birinci rübü ərzində vergi orqanlarına 24 668 müraciət daxil olub. Fins.az xəbər verir ki, bunun 97,2%-i ərizə, 2,6%-i şikayət, 0,2%-i isə təklifdir.

Daxil olan müraciətlərin 54,4%-i müxtəlif arayışların alınması, 15,2%-i kameral vergi yoxlamaları, 8,3%-i vergi borcları, 2,1%-i səyyar vergi yoxlamaları, 1,8%-i vergidən yayınma və dividendlərin verilməsi, 1,8%-i vergi qanunvericiliyi, 1%-i operativ vergi nəzarəti (o cümlədən nağd hesablaşmaların aparılması qaydalarının pozulması), 0,5%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti və ya hərəkətsizliyi, 0,4%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,2%-i korrupsiya hüquqpozmaları, 14,3%-i digər məsələlərlə bağlıdır. Bütün müraciətlərə vaxtında baxılaraq, onların 78,9%-i müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin birinci rübü ilə müqayisədə 20,2%, dördüncü rübü ilə müqayisədə isə 41,4% azalıb. Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 848 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272