BÜDCƏ

Azərbaycan iqtisadiyyatı 3,5 faiz gerilədi
15 APREL
275

Azərbaycan iqtisadiyyatı 3,5 faiz gerilədi

2016-04-15 13:06:00

2016-cı ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 12 milyard 588,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edilmişdir. Bu barədə Fins.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Azalmanın əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalması olmuşdur.

Əlavə dəyərin 39,0 faizi sənayedə, 13,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,4 faizi tikinti, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi informasiya və rabitə, 16,0 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,3 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 1311,6 manata bərabər olmuşdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275