BÜDCƏ

Məcburi köçkünlərə güzəştlər azaldıla bilər - TƏKLİF
13 APREL
651

Məcburi köçkünlərə güzəştlər azaldıla bilər - TƏKLİF

2016-04-13 16:53:00

Azərbaycanda məcburi köüçkünlərə verilən elektrik enerjisi üzrə güzəştlər azaldılmalıdır. Fins.az-ın məlumatına görə, bu barədə Hesablama Palatasının hökumətə ünvanladığı təkliflərdə bildirilir. Təkliflərdə bildirilir ki, hazırda məcburi köçkünlərin adambaşına 150 kilovat saat həcmində elektrik enerjisi güzəşti var. 2012-2014-cü illərdə dövlət büdcəsindən bu məqsədlərlə 61 milyon manat vəsait sərf edilib. Amma aparılan təhlillər göstərir ki, qaçqınlar və məcburi köçkünlərin istifadə etdiyi enerjinin həcmi yerli əhalinin istifadə etdiyi həcmdən xeyli artıqdır. Ən maraqlısı odur ki, bu fərq eyni yaşayış şərtlərinə malik yerli və məcburi köçkün ailələrinin istehlakında da müşahidə edilir. Başqa sözlə eyni şəraitdə yaşayan məcburi köçkün və yerli əhali ailələri enerjini fərqli şəkildə istehlak edir.

Belə ki, respublikanın bütün rayon və şəhərlərində yerli əhalinin orta istehlak göstəricisi 60-80kVt/saat həcmindədirsə, imtiyazlı kateqoriya üzrə bu göstərici 150kVt/saat, başqa sözlə, normativ aktla müəyyən edilmiş həcmdədir.

Maraqlıdır ki, hətta ölkənin qazla təchizatı genişlənməsi də köçkünlərin enerjidən istifadəsini azaltmayıb. Palatada hesab edirlər ki, ölkə ərazisinin demək olar ki, tamamilə qazla təchiz edildiyi bir halda məcburi köçkünlərin istehlak normasının yüksək müəyyən edilməsinin qeyri-səmərəli istehlaka, başqa sözlə israfçılığa yol açır. Bunu nəzərə alaraq Palata məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin adambaşına aylıq elektrik enerjisi normasına yenidən baxılmasını təklif edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274