BÜDCƏ

Prezidentə vergi yoxlaması ilə bağlı müraciət edildi
13 APREL
525

Prezidentə vergi yoxlaması ilə bağlı müraciət edildi

2016-04-13 10:31:00

Azərbaycanda fəaliyyət göstərən xarici sahibkarlar və biznes qurumları vergi yoxlamaları ilə bağlı təkliflə çıxış ediblər. Fins.az-ın məlumatına görə, bu təklif prezident İlham Əliyevin aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşündə səsləndirilib.

Görüşdə “Deloitte and Touche” MMC-nin Azərbaycan ofisinin nümayəndəsi Nurlan Kərimov vergi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılan yoxlamaların birləşdirilməsini təklif edib: «Dövlət qurumları tərəfindən həyata keçirilən auditləri dayandırmaq qərarınız sahibkarlarda etimadı artırıb. Bununla bağlı növbəti addım olaraq hazırda Vergilər Nazirliyi tərəfindən və sosial müdafiə ilə bağlı aparılan yoxlamaların birləşdirilməsini təklif edirik. Şirkət vergilərini və sosial təminat ödənişlərini tam ödəyirmi? Daha az yoxlama bizneslər üçün daha az maneə deməkdir».

Eləcə də bax: Prezidentin sahibkarlarla söhbətinin - TAM MƏTNİ 

Dövlət başçısı cavab çıxışında səslənən təkliflərə görə təşəkkür edib, amma konkret bu təklifə münasibət bildirməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270