BÜDCƏ

"Beynəlxalq standartlara uyğun vergi və gömrük idarəetməsinə malik olmalıyıq" - PREZİDENT
13 APREL
245

"Beynəlxalq standartlara uyğun vergi və gömrük idarəetməsinə malik olmalıyıq" - PREZİDENT

2016-04-13 08:20:00

"Biz beynəlxalq standartlara uyğun vergi və gömrük idarəetməsinə malik olmalıyıq - biznes üçün şəffaf, açıq, proqnozlaşdırılan və dost yanaşması ilə fərqlənən sistem". Fins.az xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edən zaman deyib.

Dövlət başçısı bildirib ki, müdaxiləsiz, qeyri-qanuni tələblərsiz, gecikməsiz, inhisarçılıqsız, azad rəqabətə malik şəffaf şərait yaradılmalıdır: "Biz bu istiqamətdə irəliləyirik. Hesab edirəm ki, ilkin nailiyyətlərimiz var və bu, uzunmüddətli siyasət olacaqdır.

Vergi auditi və Sosial Müdafiə Fondu tərəfindən aparılan yoxlamalar və işlərin asanlaşdırılması baxımından onların birləşdirilməsinin nəzərdən keçirilməsi məsələsinə toxundunuz. Bununla yanaşı, Cinayət Məcəlləsinə dair məsələlər də qeyd edilmişdir. Ümumiyyətlə, mən hesab edirəm ki, biz Cinayət Məcəlləsinin dekriminalizasiyası üzərində çalışmalıyıq".

İlham Əliyev bildirib ki, kiçik qanun pozuntularına, məsələn, 2 min manat həcmində olan pozuntulara görə cəzaları nəzərdə tutan maddələr aradan qaldırılmalıdır: "Hətta devalvasiyadan öncə 2 min manat o qədər də böyük pul deyildi. Düşünürəm ki, biz mütləq qaydada bunun üzərində çalışacağıq. Sizə bu təkliflərə görə təşəkkür edirəm".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275