BİZNES

Şahin Mustafayev: "Biz şərait yaradacağıq ki, Əfqanıstan şirkətləri öz imkanlarını Azərbaycanda təqdim etsinlər"
11 OKTYABR
113

Şahin Mustafayev: "Biz şərait yaradacağıq ki, Əfqanıstan şirkətləri öz imkanlarını Azərbaycanda təqdim etsinlər"

2019-10-11 11:36:00

 "Biz şərait yaradacağıq ki, Əfqanıstan şirkətləri öz imkanlarını Azərbaycanda təqdim etsinlər"

Fins.az-ın məlumatına görə bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, "Lapis Lazuri transit dəhlizi vasitəsilə Əfqanıstan məhsullarını həm Azərbaycanda çatdırılmasında, həm də Azərbaycan vasitəsilə digər ölkələrə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.Əfqanıstan tərəfi ölkənin investisiya imkanları haqqında təqdimatlar keçirəcək və yaxın zamanlarda bu istiqamətdə işlər görüləcək. Biz şərait yaradacağıq ki, Əfqanıstan şirkətləri öz imkanlarını Azərbaycanda təqdim etsinlər, həmçinin Azərbaycan şirkətləri də Əfqanıstanda fəaliyyət göstərmək üçün niyyətləri olduğu təqdirdə, bu imkanlardan istifadə edə bilərlər",- deyə Ş. Mustafayev qeyd edib.

Nazir həmçinin əlavə edib ki, iqdisadi sahədə əməkdaşlıq üzrə işçi qrupu fəaliyyət göstərir və işçi qrupunun biriinci iclası bu ilin iyun ayında Bakıda keçirilib. "İşçi qrupunun iclasında ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından bütün sahələrdə təhlillər aparılır. Gələcəkdə də bu təhlillər sən istifadə edib, ölkələrimiz arasında iqdisadi ticari əlaqələrin inkişafı üçün bütün tədbirləri görəcəyik ki, bu əlaqələr hazırda yüksək səviyyədə olan siyasi əlaqələr səviyyəsinə çatsın",- deyə nazir əlavə edib.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır