BİZNES

Oktyabrın 14-15- Türkiyən -Azərbaycan biznes forumunun təşkili müzakirə olunub
11 OKTYABR
102

Oktyabrın 14-15- Türkiyən -Azərbaycan biznes forumunun təşkili müzakirə olunub

2019-10-11 09:28:00

İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Elm, Sənaye və Texnologiya nazirinin müavini Həsən Böyükdedenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fins.az xəbər verir ki,bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumatda bildilir ki. görüşdə Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, əməkdaşlığımız uğurla inkişaf edir, iki ölkə arasında əlaqələr strateji səviyyədədir.

   Dövlət başçılarının səmimi dostluq münasibətləri, əməkdaşlığın genişləndirilməsinə  verdikləri böyük önəm tərəfdaşlığın daha da dərinləşməsini şərtləndirən əsas amillərdir.

Şahin Mustafayev iqtisadi əlaqələrin inkişafında Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının əlverişli platforma olduğunu diqqətə çatdırıb, bu ilin sentyabrında Bakıda Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın iştirakı ilə Komissiyanın 8-ci iclasının keçirildiyini xatırladıb. Qeyd edilib ki, Komissiyanın iclasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan hərtərəfli Fəaliyyət Planının qəbul edilməsi iqtisadi-ticarət münasibətlərimizin inkişafına, yeni birgə layihələrin reallaşdırılmasına töhfə verəcəkdir.

İqtisadiyyat naziri Azərbaycanda həyata keçirilən islahatlar, ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti, əldə olunan nailiyyətlər barədə məlumat verib.

Qeyd edilib ki, Azərbaycan və Türkiyə arasında iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, sənaye sahəsində də sıx əlaqələr mövcuddur və Azərbaycan müəssisələri Türkiyənin sənayenin innovativ üsullarla inkişafında zəngin təcrübəsindən yararlana bilər. Sumqayıt Kimya Sənaye Parkının təşkilində artıq Türkiyə təcrübəsindən istifadə edilib.

Nazir qida, əczaçılıq, yüngül sənaye, maşınqayırma, texniki avadanlıq istehsalı və s. istiqamətlərdə əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırıb və hər iki ölkənin işgüzar dairələrini bu imkanlardan yararlanmağa, birgə layihələr həyata keçirməyə dəvət edib.

Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Türkiyənin Elm, Sənaye və Texnologiya nazirinin müavini Həsən Böyükdede Azərbaycan-Türkiyə iqtisadi-ticarət, investisiya əməkdaşlığının uğurlu inkişafını vurğulayıb, sənaye sahəsində əlaqələrin genişləndirilməsinin önəmini diqqətə çatdırıb.

Görüşdə sənayenin müxtəlif sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, oktyabrın 14-15-də Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Toplantısı çərçivəsində biznes forumun təşkili barədə müzakirələr aparılıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır