BİZNES

Pərviz Şahbazov: "Ticarət dövriyyəsi 55,4% artaraq, təxminən, 221 milyon ABŞ dollarına yaxın olub"
09 OKTYABR
69

Pərviz Şahbazov: "Ticarət dövriyyəsi 55,4% artaraq, təxminən, 221 milyon ABŞ dollarına yaxın olub"

2019-10-09 10:30:00

" Ticarət dövriyyəsi 55,4% artaraq, təxminən, 221 milyon ABŞ dollarına yaxın olub"

Fins.az-ın məlumatına görə, bu sözləri Azərbaycan və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası çıxış edən Energetika naziri, Komissiyanın həmsədri Pərviz Şahbazov bildirib

O deyib ki,  Azərbaycanla Qazaxıstan dost və qardaş ölkələr olmaqla bərabər, strateji tərəfdaşdırlar. Nazir, həmçinin bildirib ki, iki il əvvəl imzalan yol xəritəsinin ticari-iqtisadi əlaqələrin davamlı genişləndirilməsi və ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması hədəfi üzrə mühüm addımlar atılır

"İki ölkə arasında ötən il ticarət dövriyyəsi 55,4% artaraq, təxminən, 221 milyon ABŞ dollarına yaxın olub. 2018-ci ildə ixrac 36,1%, idxal isə 61,5% artıb. Cari ilin 8 ayı ərzində də ticarət dövriyyəsinin həcmidə 11% artım müşahidə olunur. İlin sonunadək Nur-Sultan şəhərində açılacaq Azərbaycan Ticarət Evi daha çox məhsul ixracına imkan yaradacaq. Həm energetika, nəqliyyat, kənd təsərrüfatı, həm də digər sahələrdə əməkdaşlığımız və qarşıya qoyulan məqsədlər ölkələrimizin inkişafına töhfə verəcəkdir”,- deyə nazir əlavə edib. 

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır