BİZNES

Böyük Britaniyaya Brexit ilə əlaqədar Azərbaycanın gömrük təcrübəsi araqlıdır
09 OKTYABR
60

Böyük Britaniyaya Brexit ilə əlaqədar Azərbaycanın gömrük təcrübəsi araqlıdır

2019-10-09 09:40:00

Böyük Britaniya İrlandiya arasındakı sərhəd buraxılış məntəqələrində gömrük işinin yenidən qurulmasında Azərbaycanın təcrübəsindən faydalana bilər. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.

“Oktyabrın sonundan etibarən Böyük Britaniya Avropa İttifaqını tərk edəcək. Beləliklə, ölkəmizin sərhəd buraxılış məntəqələrində gömrük işinin yenidən qurulması zərurəti yaranıb. Xüsusilə, Şimali İrlandiya ilə İrlandiya Respublikası arasında bu istiqamətdə müəyyən işlər həyata keçirilməlidir. Qeyd edilən sərhəd zolağında gömrük işinin təşkilində Azərbaycan gömrüyünün təcrübəsindən yararlanmaq faydalı olradı”, - Şarp Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə görüş zamanı bildirib.

Öz növbəsində, Mehdiyev iki ölkə arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb, eləcə də Şimali İrlandiya və İrlandiya Respublikası arasındakı sərhəd buraxılış məntəqələrində gömrük işinin yenidən qurulması ilə bağlı zərurət olarsa, Azərbaycan gömrük xidmətinin təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.

Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi 2019-cu il oktyabrın 31-də nəzərdə tutulur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır