BİZNES

Bu məşhur biznes konsaltinq şirkəti ləğv edilib
07 OKTYABR
206

Bu məşhur biznes konsaltinq şirkəti ləğv edilib

2019-10-07 18:05:00

Təhsil və təlim xidmətləri göstərən “Young Business Factory” MMC ləğv olunduğunu elan edib.

 Fins.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyi məlumat verib. Məlumatda bildilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Çingiz İldırım küçəsi, ev 66 ünvanına bildirə bilərlər.


2013-cü ildə yaradılmış “Young Business Factory” biznes konsaltinq şirkəti gənclər və şirkət nümayəndələri üçün təlim, konfrans, seminar, treyninq proqramları və biznesin inkişafı ilə bağlı konsultasiyalar həyata keçirirdi.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır