BİZNES

Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb
07 OKTYABR
73

Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb

2019-10-07 15:23:00

Vergilər Nazirliyi vergi ödəyiciləri tərəfindən vergilərin düzgün hesablanması və hesablanmış vergilərin tam və vaxtında dövlət büdcəsinə köçürülməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan 3 vergi ödəyicisinin dövlət büdcəsinə yaranmış 491.683,87 manat dəyərində vergi borcu ilə bağlı əmlakı siyahıya alınıb. Çıxarılmış qərarlara uyğun olaraq, 2 vergi ödəyicisində 472.914,91 manat dəyərində vergi borcuna görə əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib və ümumilikdə 505.200 manat dəyərində əmlak siyahıya alınıb.

Vergi orqanları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 72A ünvanda yerləşən, “Park City” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tikilidə əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib, 457.432,91 vergi borcu müqabilində 480.000 manat məbləğində əmlakı (obyekti) siyahıya alınıb.

Bakı şəhəri, Nərimanov rayonu, 2095-2096-ci məhəllə ev 9c, 507-ci küçədə yerləşən “Azərkimya İstehsal və Xarici İqtisadi Əlaqələr” Açıq Səhmdar Cəmiyyətinə məxsus mebel sexi və beton sexinin fəaliyyəti araşdırılarkən, onun 15.482 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib. Bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb, 25.200 manat dəyərində dəzgah və digər avadanlıqlar müvafiq qaydada siyahıya alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır