BİZNES

"Agentlik sahibkarlarla 4 növ təmas platforması vasitəsilə xidmətlər göstərməyi hədəfləyir"
07 OKTYABR
86

"Agentlik sahibkarlarla 4 növ təmas platforması vasitəsilə xidmətlər göstərməyi hədəfləyir"

2019-10-07 14:17:00

Agentlik sahibkarlarla 4 növ təmas platforması vasitəsilə ünsiyyətdə olmağı və xidmətlər göstərməyi hədəfləyir.

 

Fins.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin  (KOBİA)İdarə heyyətinin sədri Orxan Məmmədov məlumat verib. 

O bildirib ki,"Agentlik sahibkarlarla 4 növ təmas platforması vasitəsilə ünsiyyətdə olmağı və xidmətlər göstərməyi hədəfləyir. Bunlar ərazi (KOB Dostu şəbəkəsi və KOB İnkişaf Mərkəzləri), sektoral (sahəvi assosiasiyalar və fokus qruplar, KOB klaster şirkətləri), bir məkan prinsipi (KOB evləri) və Elektron vasitə (E-KOB evi portalı) platformalarıdır ki, bu mexanizmlərin bir neçəsi artıq KOB-ların xidmətindədir. Digər dəstək mexanizmlərinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir və yaxın vaxtlarda sahibkarlar bu mexanizmlərdən də yararlana biləcəklər.

Bunlardan biri dövlət-sahibkar əməkdaşlığı platforması əsasında reallaşdırılan və hazırda sahibkarların xidmətində olan “KOB Dostu” mexanizmidir. Fəaliyyət göstərdiyi inzibati ərazidə mikro, kiçik və orta biznes subyektləri ilə birbaşa ünsiyyətdə olan, onların təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən KOB dostları artıq ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərir. KOB Dostu şəbəkəsinin ölkəni tam əhatə etməsi planlaşdırılır"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır