BİZNES

Timati bulvarda 1000 ədəd burger paylayacaq – 7 oktyabrda “Black Star”ın rəsmi açılışında
06 OKTYABR
363

Timati bulvarda 1000 ədəd burger paylayacaq – 7 oktyabrda “Black Star”ın rəsmi açılışında

2019-10-06 14:48:00

Dünyaca məşhur “Black Star Burger” fast-food şəbəkəsinin Bakıda rəsmi açılışı olacaq.

Oktyabrın 7-də saat 15.00-dan etibarən başlayacaq açılış Milli Parkda – Kukla Teatrının arxasındakı meydançada baş tutacaq.

Açılışa məşhur rusiyalı müğənni, “Black Star Burger”in sahiblərindən Timati də təşrif buyuracaq. Timati açılışda özü burger hazırlayacaq və 1000 ədəd burgeri iştirakçılara paylayacaq.

Açılışda şou-biznesin məşhurlarından Murad Dadaşov, Zamiq Hüseynov, Sevda Yahyayeva və başqaları da səhnədə yer alacaq. Açılış mərasimində xüsusi hədiyyələr olacaq.

Qeyd edək ki, hazırda paytaxtımızda Bülbül prospekti 21-də (Nizami kinoteatrı ilə üzbəüz) fəaliyyət göstərən “Black Star Burger”in daha bir filialı “28 Mall” Ticarət Mərkəzinin yuxarı mərtəbəsində açılmaq üzrədir.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır