BİZNES

Konfederasiyanın Rusiyanın “Opora Rossii” Təşkilatı ilə müzakirələri
04 OKTYABR
131

Konfederasiyanın Rusiyanın “Opora Rossii” Təşkilatı ilə müzakirələri

2019-10-04 17:22:00

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Rusiyanın “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının nümayəndə heyəti ilə müzakirələr aparılıb.

ASK-dan fins.az-a verilən məlumata görə oktyabrın 3-də Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev “Opora Rossii” Təşkilatının prezidenti Aleksandr Kalininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. M.Musayev Azərbaycanla Rusiya arasında siyasi münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayıb. O, Rusiya ilə iqtisadi əlaqələrin möhkəmlənməsi üçün ənənələri xatırladaraq inkişaf üçün böyük potensialın mövcudluğunu bildirib.

M.Musayev ASK-nın fəaliyyəti, institusional quruluşu və həyata keçirdiyi layihələr haqqında qonaqlara məlumat verib və qurumun Azərbaycan sahibkarlarını təmsil edən ən böyük təşkilat kimi dövlət-sahibkar dialoqunda tutduğu mövqeyindən danışıb: “Azərbaycanda sahibkarlıqla bağlı bütün qanunvericilik aktlarının müzakirəsində ASK-nın təklifləri nəzərə alınır. Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi ilə ikitərəfli komissiyalarımız fəaliyyət göstərir”.

A.Kalinin noyabrda Rusiya və Azərbaycan arasında gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı müzakirələr keçiriləcəyini bildirərək ASK-nın üzvlərindən bununla bağlı təkliflərini göndərmələrini xahiş edib.

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov isə kənd təsərrüfatı və şərab məhsullarının ixracında müəyyən çətinliklərin olduğunu xatırladaraq bu müzakirələrin sahibkarlar üçün faydalı olacağını söyləyib.

Sahibkarları birləşdirən hər iki təşkilat qarşılıqlı əməkdaşlıq üçün öz təkliflərini səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır