BİZNES

KOBİA sahibkarlar arasında biznes tərəfdaşlığını təşviq edir
04 OKTYABR
148

KOBİA sahibkarlar arasında biznes tərəfdaşlığını təşviq edir

2019-10-04 17:12:00

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektləri arasında biznes tərəfdaşlığının inkişafı məqsədilə tərəfdaşlıq imkanları və faydaları ilə bağlı mütəmadi olaraq müxtəlif tədbirlər, təlim və seminarlar çərçivəsində sahibkarları məlumatlandırır. Fins.az xəbər verir ki, eyni zamanda Agentlik KOB-lara biznes tərəfdaşlığının tərkib hissəsi olan klasterləşmə, sahibkarlar üçün güzəştlərin tətbiq edildiyi sənaye parkları və məhəllələrindən istifadə imkanları barədə informasiya və məsləhət xidmətləri göstərir.

Biznes tərəfdaşlığının təşviqi məqsədilə KOBİA-nın dəstəyi ilə növbəti belə təlim “Şərikli biznes” mövzusunda təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən icra olunan “Regionlarda kiçik və orta sahibkarlığın alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılması” layihəsi çərçivəsində keçirilən təlimdə dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

Təlimdə sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi, bu istiqamətdə bilik və bacarıqların artırılması üsulları, biznes tərəfdaşlığının inkişafı və KOB-ların rəqabət qabiliyyətinin artırılmasında rolu, şərikli biznesin qazandırdığı uğurlar, ortaqlar arasında anlaşma sənədinin hazırlanması, vergi öhdəlikləri və bu kimi digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır