BİZNES

“Made in Azerbaijan” brendli məhsullarımız beynəlxalq sərgidə
30 SENTYABR
104

“Made in Azerbaijan” brendli məhsullarımız beynəlxalq sərgidə

2019-09-30 11:58:00

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində Ticarət Nümayəndəsinin Aparatının təşkilatçılığı ilə Azərbaycan məhsulları 25-29 sentyabr tarixlərində Çinin Cician əyalətinin Vencou şəhərində keçiriən 2-ci “Zhejiang İnternational İmport Expo" sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

“Made in Azerbaijan” vahid ölkə stendində Azərbaycan istehsalı olan şərablar, konyaklar, təbii meyvə şirələri, kompotlar, mineral sular, çay, mürəbbə və digər konservləşdirilmiş məhsullar nümayiş etdirilir. Azərbaycan məhsulları, xüsusilə də şərab, nar şərabı və nar şirələri sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır