BİZNES

Sosial şəbəkələrdə reklam xidmətləri göstərən şəxsləri vergi verməlidir ?
28 SENTYABR
271

Sosial şəbəkələrdə reklam xidmətləri göstərən şəxsləri vergi verməlidir ?

2019-09-28 11:00:00

Sosial şəbəkələrdə reklam xidmətləri göstərilərsə, vergi öhdəliyi nədən ibarətdir?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən verilən məlumata görə, sosial şəbəkədə reklam xidmətlərin göstərilməsinə görə qeyri-rezidentə ödənilən məbləğdən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalıdır. Bununla yanaşı, xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə ƏDV hesablanmalı, ödənməli və hesablanan verginin ödənilməsini təsdiq edən ödəniş sənədinə əsasən əvəzləşdirilməlidir.
Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda, ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.
Sosial şəbəkələr və digər vasitələrlə reklam xidməti göstərən şəxslər, göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı xərcləri çıxmaqla gəlir və ya mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır