BİZNES

AZPROMO alıcı missiyası təşkil edəcək- İŞTİRAK ŞƏRTLƏRİ
23 SENTYABR
113

AZPROMO alıcı missiyası təşkil edəcək- İŞTİRAK ŞƏRTLƏRİ

2019-09-23 11:15:00

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) oktyabrda Rusiya şirkətləri üçün Azərbaycana alıcı missiyası təşkil edəcək.

“Alıcı missiyası Rusiya bazarında fəaliyyət göstərən şirkətlər üçün təşkil edilir. Missiya şərab və spirtli içki sahələrini əhatə ediəcək 

Alıcı missiyasının tərkibinə 8 şirkətin nümayəndələri daxil ola bilər.

Alıcı missiyasının keçirilmə tarixi 20-25 oktyabrdır.

Missiyada iştirak etmək istəyən şirkətlər lazımi sənədləri oktyabrın 2-dək təqdim etməlidir.

Fonddan qeyd ediblər ki, alıcı missiyasında iştirak edən xarici vətəndaşların mehmanxana, beynəlxalq hava nəqliyyatı və daxili nəqliyyat (taksilər istisna olmaqla) xərcləri İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək.

Alıcı missiyası qeyri-neft məhsullarının alışı məqsədilə təşkil olunur. Missiyaya yalnız 10 nəfər daxil ola bilər, onların ölkədə qalma müddəti 6 gündən çox olmamalıdır.

İqtisadiyyat Nazirliyi oktyabr-noyabr aylarında Azərbaycana müxtəlif istiqamətlər üzrə ilk 3 alıcı missiyası təşkil etməyi planlaşdırır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır