BİZNES

Səfir:"Bizim əsas məqsədimiz tez bir zamanda ən azından 5mlrd dollarlıq ticarət səviyyəsini bərpa etmək..
19 SENTYABR
140

Səfir:"Bizim əsas məqsədimiz tez bir zamanda ən azından 5mlrd dollarlıq ticarət səviyyəsini bərpa etmək..

2019-09-19 09:39:00

Ötən il Türkiyə ilə Azərbaycan araaında ticarət dövriyyəsi 30 faizə qədər artaraq, 3,2 və ya 3,4 mlrd ABS dollar civarına çatıb. Fins.az xəbər verir ki, bu sözlərin Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ticarət dövriyyəsi ilə bağlı rəqəmlər kifayət deyil. 2015-ci ildən sonra bizim ticarət dövriyyəmiz hətta 5mlrd dollar səviyyəsinə də qalxıb. Bizim əsas məqsədimiz tez bir zamanda ən azından 5mlrd dollarlıq ticarət səviyyəsinə bərpa etmək və daha da artırmaqdır“. Səfir Türkiyə vitse-prezidentinin bir neçə gün öncə Bakıya səfərinə də toxunub və hökümətlərarası komissiyanın apardığı müzakirələrdə əsas məsələnin iqtisadi əlaqələrin daha genişləndirilməsj olduğunu vurğulayıb: “İqtisadi əlaqələrin daha da gücləndirilməsi vacibdir. Bunun üçün artıq ticarətin yetərli olmadığını düşünürük. Hesab edirik ki, investisiyaların həcmi artırılmalıdır. Bundan sonra da ona fokuslanacayıq”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır