BİZNES

2020-ci ilin büdcəsində sosial müavinətlərə nə qədər pul ayrıldığı AÇIQLANIB
13 SENTYABR
243

2020-ci ilin büdcəsində sosial müavinətlərə nə qədər pul ayrıldığı AÇIQLANIB

2019-09-13 17:33:00

2020-cu ilin dövlət büdcəsində əməyin ödənişi və sosial müavinətlər üzrə 9 milyard 937 milyon manat xərclər nəzərdə tutulur. Bu, 2020-ci ilin proqnozlaşdırılan dövlət büdcəsinin təxminən 39%-dir.

Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə minimum əmək haqqının, bir sıra sosial müavinətlərin və təqaüdlərin, dövlət qulluqçularının, hüquq muhafizə orqanları əməkdaşlarının, müəllimlərin, büdcədən maliyyələşən bir sıra digər təşkilatlarda çalışanların əmək haqqlarının artırılması, habelə əmək pensiyasının minimum məbləğinin artırılması haqqında qanunvericiliyə edilən dəyişikliklər sosialyönlü xərclərin artımını şərtləndirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır