BİZNES

Bu ticarət şəbəkələrində satılan məhsullar 24,2 milyard manat olub
12 SENTYABR
90

Bu ticarət şəbəkələrində satılan məhsullar 24,2 milyard manat olub

2019-09-12 13:34:00

2019-cu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,9 faiz üstələyərək 24,2 milyard manata bərabər olmuşdur.Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki,ticarət dövriyyəsinin 12,2 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12,0 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-avqust aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,6 faiz və 3,2 faiz artmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır